sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Kamran Əliyev Çin səfiri ilə görüşdü - Fotolar

Bu gün, 11:15 3 dəfə baxılıb

Kamran Əliyev Çin səfiri ilə görüşdü - Fotolar


Avqustun 13-də Baş prokuror Kamran Əliyev Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib.

“Baş prokuror Azərbaycanla Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

K.Əliyev qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və siyasi təşəbbüslərini dəstəkləyib, dövlət başçılarının siyasi iradəsi və mütəmadi təmasları nəticəsində Azərbaycan-Çin münasibətləri son illərdə dinamik inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ildə Çinə iki səfəri və həmin ilin aprelində Çin sədri Si Cinpinlə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun mühüm göstəricilərindəndir.

Dövlətlərarası münasibətlərin yüksək səviyyəsi Azərbaycan və Çin prokurorluq orqanları arasında əlaqələrin inkişafına da müsbət təsir göstərərək qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin genişlənməsinə əlverişli zəmin yaradıb.

Görüş zamanı həmçinin cari ilin aprel ayında Şanxay şəhərində Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqla baş tutmuş görüşün qurumlararası münasibətlərə xüsusi töhvə verdyini də qeyd olunub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Lu Mey ikitərəfli münasibətlərə toxunaraq Çinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO