sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Metro üçün 4 ildə 290 yeni vaqon alınacaq

Bu gün, 11:34 4 dəfə baxılıb

Metro üçün 4 ildə 290 yeni vaqon alınacaq


“Bakı Metropoliteni 2030-cu ilədək bənövşəyi xətt üzrə 290 yeni vaqon almağı planlaşdırır”.

Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur: “Bənövşəyi” xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 290 vaqonun alınması nəzərdə tutulub”.

N.Yusubov əlavə edib ki, yeni hərəkət tərkiblərinin alınması yalnız bənövşəyi xətlə məhdudlaşmayacaq: “Qırmızı” və “yaşıl” xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur. Qırmızı xətdə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. “Yaşıl” xətdə isə gələcək “Y-14” və “Y-15” stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO