sonnoqte.az
Xəbər başlıqları
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Bakı metrosunda sərnişinlər qatardan düşürüldü - SƏBƏB/YENİLƏNİB

10-09-2021, 09:31 306 dəfə baxılıb

Bakı metrosunda sərnişinlər qatardan düşürüldü - SƏBƏB/YENİLƏNİB


Bəxtiyar Məmmədov Ölkə.Az-a açıqlamasında qatarın tuneldə qalması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini deyib:

"Qatarın tuneldə qalması onun köməkçi qatarla xətdən çıxarılması deməkdir. Qatarlar hərəkətdə olub. Qatarda texniki nasazlıq ehtimalı olub. Nasaz və ya qeyri-nasaz bunu baxışdan sonra qiymətləndirirlər. Qaydalara görə, hətta qatara əlavə baxış ehtimalı olduğunu düşünürsə, maşinist bu barədə məlumat verir və sərnişinləri düşürüb ilk mümkün sahədə yoxlanılır. Əgər depo şəraitində yoxlama tələb olunursa, qrafiki pozmadan həmin qatar depoya göndərilir".

B.Məmmədov həmçinin bildirib ki, artıq qatarlar normal qrafik üzrə hərəkət edir.

***

09:37

"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə "Ulduz" stansiyasında, təlumat tələbinə uyğun olaraq, sərnişinləri düşürdülüb.

Bu barədə Ölkə.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO