sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

"Xətai" stansiyasında sərnişinlərə təhlükə: Polis xəbərdarlıq etdi

2-06-2021, 11:01 285 dəfə baxılıb

"Xətai" stansiyasında sərnişinlərə təhlükə: Polis xəbərdarlıq etdi


Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb.
"Şahidlər Report-a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb.

 
Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər.
 
Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və eskalatorun yenidən işə düşməsi daha bir dəfə təkrarlanıb. Bu isə sərnişinlər arasında yenə də narahatlığa səbəb olub. Beləliklə, eskalatorun işlək vəziyyətə gətirilməsi bir neçə dəfə təkrarlansa da, hərəkət etməyib. Nəticədə sərnişinlərin bir qismi metrodan bayıra piyada çıxmalı olub.
 
Qeyd edək ki, "Şah İsmayıl Xətai" stansiyasının eskalatorlarında oxşar hal iyunun 1-də və metronun açıq olduğu əvvəlki vaxtlarda da dəfələrlə müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO