sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Rayonlara avtobuslara gedənlərdən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA

26-05-2021, 09:49 302 dəfə baxılıb

Rayonlara avtobuslara gedənlərdən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA


"Bu qayda eynilə sərnişinlərə də tətbiq olunacaq”.
“Hələlik nə sərnişinlərdən, nə də sürücülərdən COVID pasportu tələb olunacaq”.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə COVID pasportunun tələb olunmaması o demək deyil ki, sürücülər rahat şəkildə sərnişinləri daşıya biləcəklər:

“Vaksinasiya başlananda daşıyıcı şirkətlərin sürücüləri də yaş faktoru nəzərə alınmaqla vaksinasiyadan keçiblər. Bundan sonra da vaksinasiya tətbiq olunacaq. Pandemiyaya qədər də sürücülər reysqabağı tibbi müəyinədən keçirdi, onun təzyiqi, hərarəti ölçülürdü. İndi həm də bu tibbi müayinəyə COVID-lə bağlı hər hansı göstəricilərin aşkarlanması əlavə olunur.

Hətta hansısa virus tipli xəstəliklər qrip və s. aşkaralansa belə yenə həmin sürücünün avtonəqliyyat vasitəsinə əyləşməsi qadağan olunacaq. Bu qayda eynilə sərnişinlərə də tətbiq olunacaq”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO