sonnoqte.az
Xəbər başlıqları
  • 10:50 – İlham Əliyev Si Cinpini təbrik edib 
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 

Həftəsonları şəhərlərarası və rayonlararası avtobuslar işləyəcək

31-05-2021, 19:13 340 dəfə baxılıb

Həftəsonları şəhərlərarası və rayonlararası avtobuslar işləyəcək


Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib:

“Əgər onlar cümə günü yola düşüblərsə, sürücünün istirahəti təmin olunduqdan sonra geri qayıtmalıdırlar və bu zaman geri qayıdarkən sərnişinlə geri qayıtmaq aidiyyatı qurumlar tərəfindən məqbul görülüb. Həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək”.

O həmçinin bildirib ki, ilk gün olduğundan Beynəlxalq Avtovağzala axın digər günlərlə müqayisədə çox deyil.

"Amma sabahdan etibarən güclü axın gözləyirik. Sərnişinləri koronavirusla bağlı qaydalara əməl etməyi çağırırıq".  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO