sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Nazir: Türkiyə öz nüvə proqramını inkişaf etdirəcək

Bu gün, 11:19 2 dəfə baxılıb

Nazir: Türkiyə öz nüvə proqramını inkişaf etdirəcək


Türkiyə nüvə proqramını genişləndirərkən nüvə enerjisi texnologiyalarını müstəqil şəkildə inkişaf etdirən və istifadə edə bilən bir ölkə olmağı hədəfləyir.
“Turkiye Today”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Biz Türkiyəni nüvə enerjisinin bu yeni dövründə öz enerji texnologiyalarından istifadə edə və öz resurslarını istehsal edə bilən bir ölkəyə çevirmək istəyirik. Hesab edirəm ki, Türkiyənin mühəndislik potensialı bunun üçün kifayətdir. Hazırda bu sahədə çox ciddi işlər görülür", nazir Bayraktar qeyd edib.

Enerji müstəqilliyinin Türkiyənin əsas məqsəd olaraq qaldığını deyən nazir bildirib ki, Türkiyə xarici enerji mənbələrindən asılılığına son qoymaq üçün yerli neft və təbii qaz istehsalı, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi tədbirləri ilə yanaşı, nüvə enerjisini də inkişaf etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO