sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

13-08-2026, 10:24 37 dəfə baxılıb

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video


Əsirlikdən azad olunan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir.

“Kürdoğlu Əsgərov Gencexeber.az-a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib.
K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mülk məsələsinə görə 15 min manat pul tələb edib. Daha sonra isə avtomobilində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.

O əlavə edib ki, hadisədən əvvəl avtomobilində atasının yazdığı bir qeyd də tapıb. Qeyddə ayın sonuna qədər 13 min manat pul tələb edildiyi yazılıb.

Qeyd edilib ki, ata ilə oğul arasındakı münaqişəyə Şəmkirdəki ev səbəb olub. Kürdoğlu Əsgərovun sözlərinə görə, atası həmin evdən pay tələb edib. O, hadisəyə dair görüntüləri də yayıb. Görüntülərdə ata-oğulun həyətdə mübahisə etdiyi, D.Əsgərovun əlində küt alət olması diqqət çəkir.

K.Əsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, izahatı alınıb və müvafiq ekspertiza təyin edilib: “Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, tərəflər arasında daha əvvəllər də oxşar münaqişələr baş verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO