sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO

24-07-2021, 10:34 395 dəfə baxılıb

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO


Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk medalçıları müəyyənləşib.

Oxu.az" xəbər verir ki, bu, güllə atıcılığında olub.

Belə ki, qadınlar arasında 10 metr məsafədən atəşaçmada çinli Yan Çyan 251,8 göstərici ilə Olimpiadanın ilk qızıl medalını qazanıb. Rusiyalı Anastasiya Qalaşina (251,1) gümüş, isveçrəli Nina Kristen (230,6) isə bürünc mükafata layiq görülüb.



Qeyd edək ki, kişilərin güllə atıcılığında Azərbaycanı Ruslan Lunyov təmsil edirdi. Lakin o, Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.

Daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO