sonnoqte.az
Xəbər başlıqları
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 

Kamala Harris: Putin Trampı naharda yeyər

11-09-2024, 10:20 26 dəfə baxılıb

Kamala Harris: Putin Trampı naharda yeyər


ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp  arasında  ABC News-daseçkiqabağı  canlı teledebat baş tutub. Debatda tərəflər bir-birnə qarşı ciddi ittihamlar səsləndiriblər.

Debatın ən maraqlı məqamlarından biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlı  tərəflərin mövqeyi zamanı baş verib. 

 Rusiya-Ukrayna müharibəsi haqqında danışan Tramp müharibə bitməsinin zəruriliyini və yalnızo, buna nail ola biləcəyini qeyd edib. 
Onun sözlərinə görə, o, Vladimir Putin və Vladimir Zelenskini yaxşı tanıyır və ona hörmət edirlər.

“Onlar mənə hörmət edirlər və Baydenə hörmət etmirlər. Niyə də  ona hörmət etməlidirlər ki?" - Tramp qeyd edib.

Harris   isə cavabında Trampa seçkidə Baydenlə deyil, onunla mübarizə apardığını xatırladıb.
“Əgər Donald Tramp prezident olsaydı, Putin hazırda Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə baxardı”, - Harris deyib.

Harris daha sonra əlavə edib : "Putin sizi (yəni Trampı) naharda yeyəcək bir diktatordur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO