sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

"Bəzi məmurlar şəhid ailələrini incidirlər" - Deputat

17-11-2021, 11:26 319 dəfə baxılıb

"Bəzi məmurlar şəhid ailələrini incidirlər" - Deputat


"Bəzi məmurlar şəhid ailələrini, veteranları incidirlər".

Bunu parlamentin plenar iclasında millət vəkili Tahir Kərimli deyib.

O bildirib ki, heç kimin ata-babası həmişə varlı olmayıb: "Ona görə də kasıb ailələrə diqqətlə yanaşılmalıdır. Biz 30-cu illəri görmüş xalqıq. Biz müharibədə qalib gəlmişik, amma 3 mindən çox şəhid vermişik. Analarımız müharibədə cənnət qoxulu övladlarını itiriblər. Hər kəs, övladlarını oxşayanda, yemək yeyəndə, rahat gəzəndə onları unutmamalıdır. Çünki şəhid anası o zaman cənnət qoxulu övladının baş daşını sığallayır. Həmin məmurlar atasının şəklini qucaqlayıb ağlayan şəhid uşaqları yada salsınlar. Bəzi məmurlar onları incidir, onlara diqqət yetirib probleminə lazımi diqqət ayırmır, laqeydlik göstərir. Bu münasibət dəyişməlidir" -  Tahir Kərimli deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO