sonnoqte.az
Xəbər başlıqları
  • 10:57 – Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar 
  • 09:22 – Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib 
  • 13:36 – Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni 
  • 10:06 – Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video 

Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb

13-07-2023, 09:12 135 dəfə baxılıb

Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb


Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Daha 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO