sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Pəri Paşayeva: Mübarizə apardıq və Zəfər qazandıq

4-11-2022, 11:59 212 dəfə baxılıb

İlham Əliyev və xanımı Cəbrayıl və Qubadlıda

8 saylı internat məktəbinin direktoru Pəri Paşayeva“Azərbaycan Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunması üçün irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüş də əhəmiyyətlidir. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev dövlət və milli maraqlarımızı qətiyyətlə müdafiə etdi”. 

Prezident İlham Əliyev Vladimir Putinlə təkbətək görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini diqqətə çatdırıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını özündə ehtiva edən beş əsas prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüquq normalarına əsaslanır. Görüşdə dövlətimizin başçısı bir daha Qarabağ münaqişəsinın artıq tarixdə qaldığını vurğulayıb: “O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bununla da, dövlətimizin başçısı Ermənistanın və onların havadarlarının Qarabağ ətrafında spekulyasiyalarına son qoydu. Prezident dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və orada yaşayan ermənilər ölkəmizin vətəndaşlarıdırlar. Ermənistanın Soçi görüşü ərəfəsində Qarabağı gündəmə gətirmək cəhdləri də iflasa uğradı. Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq qəbul olunmuş bəyanatda Qarabağın adının çəkilməməsi də bunu təsdiqləyir.

 Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir. Praqa bəyanatında olduğu kimi bu bəyanatda da BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyi amilinə istinad edilir. Bundan əlavə, bəyanatda vurğulanır ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğuni təsdiqləyib, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşıblar. Xüsusilə, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb.

bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır: “Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin, Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO