sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 13:17 – İlham Əliyev Trampa başsağlığı verdi 

Mirkazım Məmmədov işini daim şərəflə yerinə yetirir

28-11-2023, 10:13 104 dəfə baxılıb

Saleh Məmmədov: Ümummilli lider Heydər Əliyev – 100 » Xezerinformasiya.com

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 36 saylı İmişli Yol İstismar İdarəsinin müdiri Mirkazım Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında 36 saylı İmişli Yol İstismar İdarəsinin müdiri Mirkazım Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki,  Mirkazım Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

36 saylı İmişli Yol İstismar İdarəsinin müdiri Mirkazım Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirkazım Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirkazım Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib.              “Bu da Azərbaycanın inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir. Bu Zirvə görüşünün də Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək”. Məlumdur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu baxımdan da bu tədbirin həmin ərazilərdə iqtisadiyyatın inkişafına bir mühim töhvə verəcəyi də gözlənilən amillərdəndir.
Biz cənab Prezidentin son səfərlərinin trayektoriyasına baxsaq, təkcə ötən il Orta Asiya ölkələrinə 15 dəfə səfər edib. Bu gün bizim prioritet hədəf və məqsədlərimizdən biri də Mərkəzi Asiya ilə əlaqələrimizin daha da möhkəmlənməsidir. Biz bu gün bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirməyə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərimizə nail olaq. Orta dəhlizlə bağlı, Zəngəzur dəhliziylə bağlı və digər məsələlərlə bağlı Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır.
Bu gün əslində Azərbaycan həmin ölkələrin, Avropaya, Türkiyəyə, Gürcüstana bir qapı rolunu oynayır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunu daha da genişləndirib. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda bu istiqamətdə yüklərin daşınmasında artım özünü açıq şəkildə göstərir. Bu gün qardaş, dost əlaqələri nəzərə alınaraq əlbətdə ki, Asiya ölkələri də öz sərvətlərinin xaricə eksport olunmasında maraqlıdırlar. Bu gün Azərbaycanın çox geniş imkanları var ki, Azərbaycan bir lagistik mərkəzə çevrilsin. Bunun üçün bizim artıq infrastrukturumuz hazırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO