sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Lerikdə çay kənarında yerləşən Xəyal istirahət mərkəzi öz təmiz havası ilə bərabər xidmətləri ilə də fərqlənir

16-07-2023, 11:31 91 dəfə baxılıb






Lerikdə çay kənarında yerləşən Xəyal istirahət mərkəzi öz təmiz havası ilə bərabər xidmətləri ilə də fərqlənir. “Xəyal” istirahət mərkəzinin öz xüsusi heyranedici mənzərəsi var. Vazaru çayının axar istiqamətində və çayın üstünə gölgə salan meşənin sərv çinar ağaçları turistlərin həyat məkanına çevrilib. Turizm obyektlərində, 600 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır

Xidmətlər:
1. Koteclərin kirayəsi.   2. Özünə xidmət mətbəxi.   3. Balıq ovu.  4. Şəlalə kənarında qayığla gəzinti.  5. Axşam diskotekası.  6. Bilyard.   7. Daxili turların təşkili. ( Lənkəran, Astara, Masallı, Yardımlı)

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lerik Xəyal Turizm Və Istirahət Mərkəzinin sahibi Azad Nəzərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Xəyal Turizm Və Istirahət Mərkəzinin sahibi Azad Nəzərovdur.

Lerik Xəyal Turizm Və Istirahət Mərkəzinin sahibi Azad Nəzərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Azad Nəzərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik Xəyal Turizm Və Istirahət Mərkəzinin sahibi Azad Nəzərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.




















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO