sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Rusiyalı ekspert: "Azərbaycan faktiki olaraq Ermənistanın cənub hissəsinə nəzarət edir"

19-11-2021, 10:20 191 dəfə baxılıb

Rusiyalı ekspert: "Azərbaycan faktiki olaraq Ermənistanın cənub hissəsinə nəzarət edir"


Azərbaycan ələ keçirdiyi strateji əhəmiyyətli yüksəklikləri saxlayır və faktiki olaraq Ermənistan ərazisinin bir hissəsinə nəzarət edir.

Bunu “regnum”a açıqlamasında hərbi ekspert Andrey Kamıjikin deyib.

Ekspert əlavə edib ki, atəşkəs əldə olunanadək Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bir neçə strateji əhəmiyyətli yüksəklikdə möhkəmlənməyə nail olublar.

“Bu mövqedən onlar İrəvanı Gorusla birləşdirən, sonra isə Qarabağa və Ermənistanın cənub hissəsinə aparan M-2 magistralına nəzarət edə bilərlər”, – Kamıjikin qeyd edib.

Ekspert əlavə edib ki, lazım gələrsə, Azərbaycan ordusu  bu yüksəkliklərdən Qarabağ ərazisində və  Kəlbəcərdə yerləşən artilleriyasının işini yaxşı tənzimləyə bilərlər.

“Regionda vəziyyət son dərəcə qeyri-müəyyəndir, biz hadisələrin inkişafını müşahidə etməkdə davam edirik”, - ekspert vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO