sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi

17-07-2026, 16:36 39 dəfə baxılıb

Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi


Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO