sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Prezident Avropa Siyasi Birliyinin iclasında iştirak etməyəcək

26-02-2026, 09:42 25 dəfə baxılıb



Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycanın müxtəlif səviyyələrdə təmsil olunması nəzərdə tutulmur.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, İlham Əliyevin sıx iş qrafikində may ayında Ermənistana səfər nəzərdə tutulmayıb.

“Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”, – deyə XİN başçısı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO