sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı

7-05-2024, 12:36 92 dəfə baxılıb

Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı


Milli Məclis Heydər Əliyev Fondunun yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq Fondun prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb.

Milli Məclis sədri Sahibə Qafarovanın sözlərinə görə, Heydər Əliyev Fondunun yaranmasından keçən 20 il ərzində insanların ümid  yeri olub. “Fonda fəaliyyəti dövründə ölkədə və xaricdə humanitar, səhiyyə, mədəniyyət, təhsil, incəsənət sahəsində çoxsaylı layihələr həyata keçirib. Bu gün Respublika daxilində yüzlərlə səhiyyə, mədəniyyət ocaqları, məktəblər istifadəyə verilib. Talassemiya, diabet və bu kimi ağır xəstələrin müalicəsinə yardımçı olub. Minlərlə insanın həyata qaytarılmasında öz müstəsna rolunu oynayıb. Fond fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da müstəsna rola malik olub”, - o qeyd edib.

Deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun yarandığı dövrdən bu günədək gördüyü işlər barədə hesabat xarakterli məlumat verdi. 

Sonda Milli Məclis Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi ilə əlaqədar Fondun prezidentinə yubiley təbrik məktubu ünvanladı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO