sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Bakı geri çəkilmədi, Tehran buna məcbur oldu - Ekspert danışır

18-04-2023, 16:00 148 dəfə baxılıb



İran öz məqsədlərinə çatmaq üçün çox zaman terror və təhdid yolunu seçir. Azərbaycanla bu tərz davranış nəticə vermədiyindən, diplomatiyanı işə saldı.

Bu sözləri Axar.az-a tanınmış güneyli araşdırmaçı və publisist Abdulla Əmir Haşimi Cavanşir İran-Azərbaycan danışıqlarının növbəti mərhələsini şərh edərkən deyib.

O bildirib ki, İranın rəsmi dairələrinin son günlər qonşuluq münasibətlərindən söz açması Azərbaycan diplomatiyasının uğurudur:

“Bakının prinsipial mövqeyi Tehranı geriyə addım atmağa məcbur etdi. Öz dedikləri kimi, İran-Azərbaycan danışıqlarında nisbi uğur əldə olundu. Lakin İranla məsələdə işi ehtiyatlı tutmaq lazımdır. Çünki çox vaxt dediyi ilə əməli düz gəlmir. İranın səmimiyyətinə inanmaq istərdik. İlk növbədə Ermənistanla Azərbaycana qarşı işbirliyindən əl çəkməli və Bakıya qarşı xoş niyyətini göstərməlidir. Əks halda diplomatik münasibətlər yenidən sarsıla bilər”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO