sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır

23-02-2023, 12:48 111 dəfə baxılıb

XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır


“Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə Üçtərəfli Bəyanatın məqsəd və məramlarına uyğun olaraq təmin edilməsi barədə təklif irəli sürülüb”.

APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və Ermənistan tərəfindən son iki ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Hesab edirik ki, Ermənistan yenə Üçtərəfli Bəyanata zidd olaraq yoldan qanunsuz şəkildə istifadədə maraqlıdır”, - nazir müavini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO