sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Azərbaycanın səfiri Fransadan Ermənistana çağırış etdi - FOTO

22-12-2022, 11:44 137 dəfə baxılıb

Azərbaycanın səfiri Fransadan Ermənistana çağırış etdi - FOTO


“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər, demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Bəyanatın (10 Noyabr Bəyanatı) icrasına və öhdəliklərin yerinə yetirilməsinə çağırış edirlər”.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində belə bir bəyanatla çıxış edib.

O bildirib ki, Ermənistan aşkar şəkildə Üçtərəfli Bəyanatın bəndlərini pozur.
“Ermənistan, həmin sənədin müddəalarını kobud şəkildə pozduğunu nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının çağırışlarını dinləməli və ona əməl etməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 12-dən etibarən Azərbaycanın QHT-ləri, bir sıra ekofəallar, ictimaiyyət nümayəndələri ölkənin yataqlarında erməni separatçıların ekoloji terror fəaliyyətinə etiraz olaraq Şuşa-Xankəndi yolunda aksiya keçirirlər.

Ermənistan isə bu aksiyalar səbəbi ilə yolun Azərbaycan tərəfindən bağlandığını və Qarabağda yaşayan ermənilərin humanitar böhranla üzləşdiklərini iddia edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO