sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçiriləcək

6-10-2022, 09:06 209 dəfə baxılıb

Bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçiriləcək


Bu gün Çexiyanın paytaxtı Praqada Avropa İttifaqının 27 ölkəsinin və Türkiyənin də daxil olduğu 17 ölkənin liderlərini bir araya gətirəcək Avropa Siyasi Birliyinin (AST) ilk iclası keçirilir.

Sammit Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi toplantıya ümumilikdə 44 lider qatılacaq. Avropa ölkələrinin liderlərinin bir araya gəldiyi son illərin ən böyük liderlər toplantısında AST-nin daimi olub-olmayacağı müzakirə ediləcək.

Avropa ölkələrinin bu toplantı ilə Rusiyaya güclü mesaj verəcəyi gözlənilir.

Hazırda AST-nin məqsədi siyasi dialoqu, əməkdaşlığı təşviq etmək və Avropa qitəsində sabitliyi möhkəmləndirməkdir. Bu gün iclasda sülh-təhlükəsizlik, enerji-iqlim, iqtisadiyyat, miqrasiya-nəqliyyat mövzularına diqqət yetirəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO