sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Prezident bu hərbi qulluqçuları təltif etdi 
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır

23-07-2022, 12:26 179 dəfə baxılıb

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır


Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.

“Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO