sonnoqte.az
Xəbər başlıqları
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Sabiq deputat vəfat etdi - FOTO

7-09-2021, 09:53 250 dəfə baxılıb

Sabiq deputat vəfat etdi - FOTO


Azərbaycanda sabiq deputat vəfat edib.

Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Salman oğlu Əliyev dünyasını dəyişib.

X.Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirib.  O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin"







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO