sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 17:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 14:41 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 14:30 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 

SON DƏQİQƏ: Gürcüstanda Azərbaycan vətəndaşları SAXLANILDI

Bu gün, 10:11 2 dəfə baxılıb



Gürcüstan Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən Miqrasiya Departamentinin əməkdaşları xüsusi nəzarət tədbirləri nəticəsində 55 xarici vətəndaşı saxlayıb.

Nazirliyin yaydığı məlumata görə, əməliyyatlar qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində ölkə daxilində müxtəlif obyekt və ərazilərdə həyata keçirilib.

Nəticədə Rusiya, Özbəkistan, Türkiyə, Belarus, Qırğızıstan, Azərbaycan, İordaniya, Fil Dişi Sahili, Banqladeş, Türkmənistan və Pakistan vətəndaşları aşkarlanaraq saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qalmaq üçün qanuni əsaslarının olmadığı və ölkədə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam etdirilir./report.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO