sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 11:30 – İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  • 10:47 – Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR 

Separatçılar Bakıya qarşı TOTAL kampaniyaya başladı

Bu gün, 13:00 2 dəfə baxılıb

Separatçılar Bakıya qarşı TOTAL kampaniyaya başladı


Erməni mətbuatı demək olar ki, hər gün Qarabağda separatçıların dövründən qalan “abidə”lər barədə məlumatlar tirajlayır. Musavat.com bildirir ki, bu dəfə Nyus.am xəbər yayıb. Erməni KİV bildirir ki, guya Xocavəndin Xanoba kəndində İkinci Dünya müharibəsi və Qarabağ müharibəsində həlak olan ermənilərə həsr olunmuş abidə kompleksi dağıdılıb.

Bu haqda separatçıların nümayəndələri - Ovik Avanesov və Artak Mkrtçyan birgə bəyanatla çıxış edib. Bəyanatda Azərbaycana ittihamlar səsləndirilib. Bəyanatda “Mədəni və tarixi irsin məhv edilməsi heç vaxt təsadüfi və ya kortəbii bir hadisə olmayıb. Bu, məqsədyönlü, sistemli və dövlət tərəfindən dəstəklənən bir siyasətin bir alətidir, onun əsas məqsədi təkcə maddi dəyərlərin aradan qaldırılması deyil, həm də xalqın tarixi yaddaşının, kimliyinin və varlığının təməllərinin məhv edilməsidir” deyə sərsəm və sarsaq ifadələrə yol verilib. Ümumiyyətlə, son bir ayda erməni mətbuatı və separatçılar total kampaniya başladıb. Onlar iddia edirlər ki, Qarabağda ermənilərə aid abidələr, heykəllər guya sökülür, məzarlar dağıdılır. Halbuki bu dezinformasiyalar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Belə bir çirkin kampaniyanı aparmaqla Azərbaycan haqda vəhşi obrazı yaratmağa cəhd olunur. Hərçənd işğal və separatizmin nişanələrini və qalıqlarını saxlanmaq kimi bir öhdəliyimiz yoxdur.

Xatırladaq ki, bundan əvvəl də Qarabağın "mədəni irsini" izləyən monumentwatch.org saytı xəbərdarlıq edib ki, Xankəndi guya "vandalizm siyasətinin mərkəzi"nə çevrilib. Bildirilib ki, "Erməni soyqırımı və Artsaxın qəhrəmancasına döyüşləri xatirəsinə ucaldılmış abidələr dağıdılıb. 2015-ci ildə Erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış zəng qülləsi-abidəsinin yanındakı divardakı erməni yazısı silinib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO