sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

Məktəbdə dava: Xadimə direktora hücum etdi

6-04-2026, 12:09 21 dəfə baxılıb



Ağdam rayonunda orta məktəbdə dava olub. 

Hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.

Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb.

Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub. (Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO