sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu

14-03-2026, 09:07 24 dəfə baxılıb

Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən  verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqаyıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO