sonnoqte.az
Xəbər başlıqları
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 
  • 17:22 – Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO 
  • 08:18 – Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir 
  • 17:57 – Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM 

Güllələnən müəllimdən XƏBƏR VAR

Dünən, 12:03 2 dəfə baxılıb

Güllələnən müəllimdən XƏBƏR VAR


Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində "İdrak" liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.

Ş.Kamilova Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO