sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

Dünən, 09:11 2 dəfə baxılıb

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?


Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

“Unikal” xəbər verir ki, onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.

Bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs ediliblər. Həmin vaxt Süleyman Mikayılovun saxlanılan şəxslərə istintaq prosesində onun adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, eyni zamanda onların ev dustaqlığına buraxılmasına kömək edəcəyinə söz verdiyi iddia olunur.

Lakin müəyyən müddət keçməsinə baxmayaraq, vəd edilən addımların atılmadığı bildirilir. Bundan sonra həbs olunan şəxslərin aidiyyəti üzrə - o cümlədən prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.

Məhz bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO