sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Polis Yevlaxda əməliyyat keçirib, saxlanılan var - FOTO

18-08-2022, 10:37 127 dəfə baxılıb

Polis Yevlaxda əməliyyat keçirib, saxlanılan var - FOTO


Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.

 Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 13 ədəd çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO