sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb

22-06-2022, 11:44 211 dəfə baxılıb

Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb


Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.

 Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət tutulublar.

Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə isə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO