sonnoqte.az
Xəbər başlıqları
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 
  • 17:22 – Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO 
  • 08:18 – Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir 
  • 17:57 – Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM 

Bəhlul və Nərimanın gedişi ilə bağlı qeyri-müəyyənlik

9-02-2026, 08:52 3 dəfə baxılıb

Bəhlul və Nərimanın gedişi ilə bağlı qeyri-müəyyənlik


Son günlər “Qarabağ”ın iki futbolçusunun klubdan ayrılacağı bildirilir.

Söhbət Bəhlul Mustafazadə və Nəriman Axundzadədən gedir.

“Atlılar”ın müdafiəçisi haqqında ilk məlumat “Ayntraxt”la qarşılaşmadan sonra ortaya çıxdı.

Onun Çin klubu ilə anlaşdığı, “Nyukasl”la matçdan sonra gedəcəyi qeyd edildi.

Daha sonra isə Asiya komandasının ingilislərlə oyunu gözləmək istəmədiyi barədə xəbərlər yayıldı. Bununla da keçidin baş tutmayacağı söylənildi.

Nəriman Axundzadəyə gəldikdə isə bir neçə gündür ki, hücumçunun “Qarabağ”dan gedəcəyinin qətiləşdiyi deyilir. Yada salaq ki, bundan öncə də onun Ağdam təmsilçisinin heyətindən ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, azarkeşlərin təzyiqinin artdığı ərəfədə Nərimanın getməsi ilə bağlı baş məşqçisi Qurban Qurbanovla da danışdığı bildirilmişdi.

Azərbaycan kuboku uğrunda “Şamaxı” ilə mübarizədə Axundzadənin “23-lüy”ə salınmaması isə bu barədə müzakirələri artırmışdı. Lakin onun stadiondan oyunu izlədiyi bildirildi. O cümlədən Çempionlar Liqasında “Nyukasl”la qarşılaşacaq “Qarabağ”ın heyətində yer aldı. Buna baxmayaraq artıq bir neçə idman saytı onun hansı Amerika klubu ilə anlaşdığını yazıb. 

Sözügedən transferlərin baş tutub-tutmayacağını zaman göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO