22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Messi Bakıya gəlib - Video
11-12-2024, 08:02
81 dəfə baxılıb
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.
Bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.
Tədbirdə xüsusi musiqi atmosferi olacaq.
Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: