sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Samiyə xanım Abdulkərimova: NOVRUZ TƏKCƏ ONU KEÇİRƏN TÜRK XALQLARININ DEYİL, ÜMUMİLİKDƏ BƏŞƏRİYYƏTİN MƏNƏVİ DƏYƏRİ HESAB EDİLİR

19-03-2022, 08:00 289 dəfə baxılıb

Prezident İlham Əliyev: Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd  etməyimiz tarixi hadisədir VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

12 saylı Şəhər Poliklinikasının baş həkimi Samiyə xanım Abdulkərimova - Milli dəyər, bir milləti millət edən ən vacib ünsürlərdəndir. Milli dəyərin ən vacib ünsürlərindən biri isə özündə min illik bir keçmişi birləşdirən adət-ənənədir. Yer üzündə yaşayan türk xalqlarının tarixinin dərinliklərindən bu günümüzə kimi gəlib çatan zəngin milli dəyərləri, adət-ənənələri vardır. Novruz bayramı təkcə Türk xalqlarının deyil, bütün bəşəriyyətin tarixin bilinən dövrlərindən bu günə kimi mənəvi dəyəri hesab olunur. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010 –cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Bu qərar türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfədir.
Novruz bayramı Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur. Müasir dövrdə Novruz təkcə təbiətin canlanmasının, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin yeni günün başlanğıcı hesab olunur.
Azərbaycan xalqı hər il bu bayramı 21-i mart ilə 23 mart arası qeyd edir. Bayram gününə qədər su, od, torpaq və yel çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Milli adət -ənələrimizə hər zaman qiymət verən Ulu öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO