Sabunçu Rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə də "Son zəng "tədbiri özünəməxsus xüsusiyyətləri ilə yadda qaldı
15-06-2023, 08:13
461 dəfə baxılıb

Bu gün Respublikamızın bütün ümumtəhsil məktəblərində "Son zəng"tədbiri keçirilir . Sabunçu Rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə də "Son zəng "tədbiri özünəməxsus xüsusiyyətləri ilə yadda qaldı.
Tədbir saat 10:00- da başlandı.Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Gülnaz xanım Abdullayeva açdı. Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildi,himn səsləndi.Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarinı qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Direktor tədbirin qonaqlarını -Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədovun,Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadovun ,Şəhid valideynləri Nadir İsgəndərovu, Qənirə Nağıyevanı, Valideyn Komitəsinin sədri Vaqif Zeynalovun təqdim etdi. 11a, 11b, 11c sinif şagirdləri birincilərlə bir yerdə sıraya düzüldülər
Direktor dedi:-2022/2023 -cü tədris ili məktəbimiz üçün əlamətdar hadisələrlə yadda qalıb.Şagirdlər bilik yarışlarında,fənn olimpiadalarında, idman yarışlarında uğurlu nəticələr əldə edərək məktəbin adını yüksəltmişlər.Buraxılış imtahanında 11 b sinif şagirdi Rəhimova Solmaz Riyaziyyat fənnindən 100 bal toplamışdır.Məkrəbin Fiziki tərbiyə müəllimi Məmmədov Nicat 6 qızıl medala layiq görülmüşdür. Məktəbimizin 10-cu sinif şagirdləri A.Səbinə,İ.Nahid ,Ə.Həmidağa ,C.Zemfira Ulu Öndər -Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Hərbi bilik yarışlarınin rayon turunun qalibi olmuşlar .Məktəbimizin şagirdləri " Şahin Hərbi İdman "yarışlarinda Sabunçu rayonu üzrə birincilik qazanmişlar .
Məktəbimizin 7ç sinif şagirdi R.Zeynəb,7c sinif şagirdi Nəsirov Nihad fənn olimpiadalarının zona turunun qalibləri olmuşlar.
11- ci sinif şagirdlərini məktəbimizin təlim -tərbiyə işləri üzrə direktor müavinləri, ilk ibtidai sinif müəllimləri,sinif rəhbərləri və fənn müəllimləri çıxış edərək təbrik etdilər.
11-lər çaldılar, oynadılar, şeir söylədilər. Fərqlənən müəllim və şagirdlərə Fəxri fərman təqdim olundu.
Son zəng çalındı.....11-lər kövrəldilər. Onların gözyaşları hamını duyğulandırdı.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR