sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Prezident bu hərbi qulluqçuları təltif etdi 
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 

“Paşinyanın rusları qovub, türklərlə dost olmaq gənclik arzusudur” - Hraparak

7-02-2022, 12:59 178 dəfə baxılıb

“Paşinyanın rusları qovub, türklərlə dost olmaq gənclik arzusudur” - Hraparak


Ermənistanın baş naziri Nikol Paşinyanın türklərlə normal münasibət qurmaq niyyəti gənclik illərinin arzususudur.

Bu barədə “hraparak” mətbu orqanında “Bir xəyalın reallaşması” məqaləsində qeyd olunub.

Mətbu orqanı Paşinyanın Türkiyə ilə normal münasibət qurmaq niyyətinə toxunaraq bunları qeyd edib: “Adam şüurlu həyatı boyu rusları qovmaq, türklərlə münasibət qurmaq arzusunda olub.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə şam yeməyinin qalmaqallı hekayəsinin şahidi olun (Rusiya prezidenti Vladimir Putini, ümumiyyətlə, Rusiya siyasətini və KTMT-ni söyür). 

O, gürcü həmkarından Ərdoğanla görüş təşkil etməyi xahiş etmişdi? Amma rütbə baxımından yanıldı. Ərdoğan dünyanın böyükləri ilə problemi həll etmək üçün nə edəcəkdi? Türkiyə  iqtisadi qüdrətinə görə “G20” üzvüdür, digər tərəfdən dünyada hərbi gücünə və silahlanmasına görə isə ilk onluqdadır. Bəs Ermənistan?

Amma öz məğlubiyyətçi sülhsevər siyasəti ilə istəyinə nail oldu....

Paşinyan Antalya Forumu çərçivəsində Türkiyəyə səfəri zamanı Ərdoğanla görüşəcək. Və bununla da onun gənclik arzusu gerçəkləşəcək”, - mətbu orqanı yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO