sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı

28-07-2026, 09:13 30 dəfə baxılıb

Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı


Rusiyanın yeni qərarı Ermənistanın ixrac sektoruna növbəti ağır zərbə vurub.

RIA Novosti-nin yaydığı məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan süd məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Bu, son dövrlərdə tətbiq edilən məhdudiyyətlər silsiləsinin davamıdır. Daha əvvəl Ermənistanın çiçək, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof, quru meyvələr, bütün bitki mənşəli məhsulları və balıq məhsullarının Rusiyaya ixracına da qadağalar qoyulmuşdu.

RIA Novosti-nin rəsmi statistika əsasında apardığı hesablamalara görə, Ermənistan Rusiya bazarını itirəcəyi halda süd məhsullarının ixracından əldə etdiyi gəlirin təxminən 80 faizini itirə bilər.

2025-ci ilin yekunlarına əsasən Ermənistan pendir, süd, kərə yağı, yumurta və digər süd məhsullarının dünya bazarlarına ixracından 20,2 milyon dollar gəlir əldə edib. Bu gəlirin 79,3 faizi məhz Rusiya bazarının payına düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO