sonnoqte.az
Xəbər başlıqları
  • 09:46 – İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 

Ankaradan İran qərarı: Sərhədlər bağlandı

2-03-2026, 10:51 5 dəfə baxılıb

Ankaradan İran qərarı: Sərhədlər bağlandı


"Bölgəmizdəki son hadisələr və onların qlobal təsirləri nəzərə alınmaqla, Türkiyənin İranla sərhəd keçid məntəqələrindəki mövcud vəziyyət hərtərəfli qiymətləndirilir. Bu kontekstdə Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük qapılarında heç bir fövqəladə vəziyyət yoxdur. Üç gömrük qapımızla İran tərəfi arasında ticarət yük keçidləri nəzarətli şəkildə davam edir. Bununla belə, hər üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb”.

Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat X səhifəsində yazıb.
 Nazir yazıb ki, İran vətəndaşlarının Türkiyə üzərindən ölkəsinə daxil olmasına icazə verir. “Türkiyə olaraq, biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk. Gömrük qapılarımızdakı keçidlər bütün müvafiq inzibati orqanlar və İran tərəfi ilə koordinasiyalı şəkildə nəzarətli və fasiləsiz şəkildə davam edir", - o qeyd edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO