10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib
09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam”
08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir
Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
Dünən, 09:59
1 dəfə baxılıb
Meksikada “Xaliskonun yeni nəsli” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesin zərərsizləşdirilməsi nəticəsində baş verən iğtişaşlar azı 11 nəfərin ölümünə səbəb olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “El Menço”nun öldürülməsindən sonra kartel öz silahlılarının tam səfərbərliyini elan edib.
Kartel hər öldürülmüş polis və ya hərbçiyə görə 1200 dollar mükafat vəd edib. Muzdlular ölkənin ən turistik bölgələrindən biri olan Xalisko ştatında yanğınlar törədib və yolları bağlayıblar. Həm Silahlı Qüvvələrin, həm də mülki şəxslərin nəqliyyat vasitələrinə od vurulub. Şəhərlərdə barrikadalar qurulub.
Silahlılar Milli Qvardiyanın bazasına hücum ediblər. Hərbçilər silahlılara qarşı hərbi helikopterlərdən istifadə edirlər.
Bölgədə mobil rabitə və internet əlaqəsi kəsilib. Heç bir xəbərdarlıq sistemi işləmir. Hərbçilər sakinlərə evlərini tərk etməməyi tövsiyə ediblər. Silahlılar isə küçələrdə olan hər kəsin öldürüləcəyini bəyan ediblər.
Əsasən Xalisko ştatında baş verən iğtişaşlar Miçoakan, Nayarit və Tamaulipas ştatlarına da yayılıb.
Başına 15 milyon dollar qoyulmuş “El Menço”ya qarşı əməliyyatın ABŞ ilə birlikdə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, “Xaliskonun yeni nəsli” Meksikanın ən qəddar və sürətlə böyüyən cinayətkar qruplaşmalardan biri hesab olunur. Kartel azı 10 ştatda fəaliyyət göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: