sonnoqte.az
Xəbər başlıqları
  • 13:33 – Prezident 2 qanunu təsdiqlədi 
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 

ABŞ-də fəlakət böyüyür: Prezident səfəri təxirə salındı, məşhurlar evlərini tərk etdi

9-01-2025, 12:51 53 dəfə baxılıb

ABŞ-də fəlakət böyüyür: Prezident səfəri təxirə salındı, məşhurlar evlərini tərk etdi


Kaliforniyanın Los-Ancelesdə Hollivudun yerləşdiyi ərazidə bir neçə gündür başlanan güclü meşə yanğınları ciddi fəlakətlərə yol açıb. Artıq ABŞ prezidenti Co Bayden yanğına görə Kaliforniyanı böyük  fəlakət bölgəsi elan edib.

Güclü yanğınlar davam etdiyindən "Hollivud"un bir hissəsi boşaldılaraq təxliyə edilir.

Təxliyə edilməli olan ərazilər arasında Hollivud Şöhrət Xiyabanı və martın 3-də Oskar mərasiminin keçiriləcəyi "Dolbi" Teatrı var. Yanğınlar səbəbindən "Oskar" mükafatı nominantlarının elan edilməsi iki gün gecikib.

"Reuters"in xəbərinə görə, yanğın nəticəsində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğın ərazisində ABŞ-nin vitse-prezidenti Kamala Harrisin iqamətgahı da daxil olmaqla təxliyə işləri aparılır. 

"The Washington Post" xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb. 

Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb. Yanan binalar arasında tanınmış Hollivud ulduzlarının da evləri var.

Meşə yanğınları elit Pasifik Palisades bölgəsində yaşayan Hollivud aktyorlarını evlərini tərk etməyə məcbur edib.

Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. 

ABŞ prezidenti Co Bayden Kaliforniyadakı meşə yanğınları səbəbindən yanvarın 9-12-də İtaliyaya nəzərdə tutulan səfərini təxirə salıb.

"AccuWeather"in verdiyi xəbərə görə, yanğının vurduğu ziyanın 50 milyard dolları keçəcəyini təxmin edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO