sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Çin və ABŞ ticarət razılaşması əldə etməyə çox yaxındır

27-10-2025, 15:30 33 dəfə baxılıb



ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında gözlənilən danışıqların ticarət və iqtisadi komponentinin əsas mövzularından biri Çinin nadir torpaq metallarına ixrac nəzarəti olacaq.

Bunu ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Fox News-a verdiyi müsahibədə deyib: "Təfərrüatlara varmayacağam, amma deyəcəyəm ki, məqsədimiz çox geniş olan bu nəzarətlərin tətbiq edilməməsini təmin etməkdir".

Qrir qeyd edib ki, iki tərəf "irəliləyiş yolu tapmaq üçün çox konstruktiv müzakirələr aparıblar", lakin nəticədə "bu, Prezident Tramp və Prezident Si Cinpinqdən asılı olacaq".

Bir gün əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent ABŞ və Çin tərəflərinin ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəldiyini açıqlayıb.

Çin Ticarət Nazirliyi də öz veb saytında danışıqlar zamanı "Çin və ABŞ nümayəndə heyətlərinin müvafiq ticarət məsələlərinin həlli mexanizmləri üzrə əsas konsensusa gəldiyini" bildirib.

Tramp və Si Cinpinin 30 oktyabr Cümə axşamı günü Cənubi Koreyada görüşməsi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO