sonnoqte.az
Xəbər başlıqları
  • 11:35 – İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir" 
  • 09:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:00 – İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ - “Dərhal mənə məlumat verin” 
  • 11:50 – Prezidentdən konfrans iştirakçılarına - Müraciət 

Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək - Ukraynalı deputat

7-10-2025, 16:00 20 dəfə baxılıb

Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək - Ukraynalı deputat


Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək.

Bunu Ukrayna parlamentinin deputatı İvan Krilenko Milli Məclisdə keçirilən QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.

Onun sözlərinə görə, süni intellekt bu minilliyin bəlkə də ən vacib nailiyyətidir: "Hazırda düşünülür ki, süni intellekt insanlığa qarşı silahdır. Bu gün Avropanın mərkəzində - Ukraynada müharibə üç ildir davam edir. Biz sadəlövh olmamalıyıq. Suveren Ukrayna ərazisinə yüzlərlə tank, qırıcı təyyarələr daxil olub. Döyüş meydanlarında dronlar var. Dronu idarə edən pilotlara isə süni intellekt kömək edir. Obyektlərin bir çoxu məhz dron vasitəsilə vurulur. Bütün bunlar süni intellektin bir növüdür".

Deputatın fikrincə, müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək: "Müharibələrin əvəzində diqqəti başqa problemlərə, iqlim dəyişikliklərinə, pandemiyalara yönəldə bilərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO