sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Tramp Hindistana qəzəbləndi: Cəzalandırılacaq!

5-08-2025, 11:23 46 dəfə baxılıb

Tramp Hindistana qəzəbləndi: Cəzalandırılacaq!


ABŞ prezidenti Donald Tramp edilən xəbərdarlıqlara baxmayaraq Hindistanın Rusiyadan neft almasına qəzəblənərək bu ölkəyə qarşı sərt tədbirlərə əl atacağını bəyan edib.

 Tramp bununla bağlı “Truth Social” hesabında paylaşım edib.

Hindistanın təkcə böyük miqdarda Rusiya nefti almaqla kifayətlənməyib, böyük bir hissəsini açıq bazarda böyük qazancla satdığına diqqət çəkən ABŞ lideri bu səbəbdən də Dehlinin Vaşinqtona ödədiyi tarifləri əhəmiyyətli dərəcədə artıracağını bəyan edib.

Tramp bildirib ki, Hindistan Rusiyanın Ukraynada öldürdüyü insanların sayına belə əhəmiyyət vermir.

Keçən həftə ABŞ prezidenti Tramp Hindistanın avqustun 1-dən etibarən 25 faizlik tarif ödəyəcəyini açıqlamış, ölkənin Çin və Rusiyadan ən böyük enerji idxalçısı olduğunu bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO