sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI

Bu gün, 12:14 3 dəfə baxılıb

İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI


İranın xarici işlər naziri Abbas Əraqçi region ölkələri ilə mehriban və dostluq əlaqələrinin qurulmasının, bunun yeni mərhələdə davam etdirilməsinin vacibliyini qeyd edib. Digər tərəfdən isə İranın ali dini rəhbərinin müşaviri Yəhya Səfavi qonşu ölkələrlə regional təhlükəsizlik və hərbi ittifaqın qurulmasını önə çəkib. Bu yanaşma bir növ Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktının hədəfə alındığını göstərir.

İranın irəli sürdüyü regional hərbi ittifaq ideyasının arxasında hansı məqsədlər dayanır? Tehran Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının təhlükəsizlik əməkdaşlığına alternativ yaratmağa çalışır?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, İran rəsmiləri bir tərəfdən qonşularla mehriban və dostluq əlaqələrinin inkişafından danışırlar, digər tərəfdən isə praktikada qonşu ölkələrin suverenliyinə və təhlükəsizliyinə təhdid yaradan siyasət həyata keçirirlər:

“Onların bəyanatları ilə real siyasətləri bir-biriylə üst-üstə düşmür. Düşünürəm ki, İran uzun illərdir qonşu və region ölkələrində proksi qüvvələr formalaşdırmaq, siyasi proseslərə təsir göstərmək, hakimiyyət dəyişikliyinə zəmin yaratmaq və məzhəbi-ideoloji modelini yaymaq siyasəti həyata keçirir. Bu, müəyyən mənada İran İslam İnqilabının regiona ixracı siyasətidir. Ona görə də İran rəsmilərinin, istər xarici işlər nazirinin, istər ali dini rəhbərin, istərsə də digər dövlət nümayəndələrinin qonşularla normal münasibətlər və regional əməkdaşlıq barədə verdikləri bəyanatlar Tehranın siyasətinin səmimiliyi ilə bağlı ciddi suallar yaradır. Çünki İran bu siyasət vasitəsilə qonşu ölkələrə təsir göstərməyi, onları öz siyasi orbitində saxlamağı və regional geosiyasi mövqelərini gücləndirməyi hədəfləyir. İran rəsmiləri tez-tez ABŞ-nin regiondan çıxarılmasının və regional təhlükəsizliyin region ölkələrinin özləri tərəfindən təmin edilməsinin vacibliyini vurğulayırlar. Lakin İranın region siyasəti qonşularla qarşılıqlı etimad, suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulmadığı müddətdə bu yanaşmanın nə dərəcədə səmimi olduğu sual doğurur. 

Azərbaycan İranla normal və qarşılıqlı etimada söykənən siyasətə üstünlük verir. Ötən gün İran prezidenti Məsud Pezeşkian Azərbaycana humanitar və nəqliyyat logistika köməyinə görə minnətdarlığını bildirdi. Bu, Prezident İlham Əliyevin İranla normal münasibətlərə önəm verdiyinin bariz nümunəsidir. Məhz buna görə də düşünürəm ki, yeni dünya siyasi nizamının formalaşdığı bir mərhələdə İran region üçün əsas təhlükəsizlik problemlərindən biri olaraq qalacaq. Tehran qonşu ölkələrlə münasibətlərində real olaraq qarşılıqlı etimad və suverenliyə hörmət siyasətinə keçmədikcə, onun regional təsir siyasəti gələcəkdə də ciddi narahatlıq mənbəyi olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO