sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Türkiyədə saxta diplom dəhşəti: "Əsrin zəlzələsi"ndə ölən vəkillərin sənədlərini istifadə etdilər

5-08-2025, 08:43 35 dəfə baxılıb

Türkiyədə saxta diplom dəhşəti: "Əsrin zəlzələsi"ndə ölən vəkillərin sənədlərini istifadə etdilər


Türkiyədə saxta diplom cinayəti ilə bağlı istintaq çərçivəsində şokedici faktlar ortaya çıxıb. Məlum olub ki, dəstə üzvləri 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirən vəkillərin universitet sistemindəki qeydiyyatlarını silərək, onların yerinə hüquq fakültəsi məzunu kimi görünmək istəyən şəxslərin adlarını yerləşdiriblər. Bu saxta diplomlar hətta e-dövlət sistemində də görünüb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilir ki, dəstə müxtəlif dövlət qurumlarına məxsus elektron imzaları ələ keçirərək saxta universitet və məktəb diplomları, eləcə də sürücülük vəsiqələri tərtib edib. May ayında 134, iyulda isə əlavə 65 nəfər barəsində cinayət işi açılıb.

İş üzrə araşdırmalar davam edir.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO