Oruc Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.
BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ
Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Oruc Məmmədov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.
Oruc Məmmədov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.
“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Oruc Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədovdur.
Oruc Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Oruc Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Oruc Məmmədov özünü doğruldub. Bizdə hörmətli Oruc Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Cəbrayıl rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Oruc Məmmədov - Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı ümumilikdə 41 mini keçib. Türkiyədə baş vermis zəlzələ qurbanlarının və dağıntılarının sayı Osmanlı tarixindən sonra ən ölümcül təbii fəlakətə çevirir ki, bu da 1999-cu ildə 17 min insanın ölümünə səbəb olan əvvəlki zəlzələ fəlakətindən iki dəfə çoxdur.
Son günlər sağ qalanları tapmaq şansı azalsa da, axtarış xilasedənlərin eləcə də zəlzələ nəticəsində doğmalarını itirmiş insanların ümidləri kəsilmir. Belə ki, son xilasetmə əməliyyatı nəticəsində axtarışların 260-cı saatında Antakyanın mərkəzində 14 yaşlı Osman adlı yeniyetmə güclü səylərdən sonra yaşadığı binanın xarabalıqları altından çıxarılıb.
Hər iki ölkənin bir çox şəhər və kəndlərində xilasedicilər hələ də sağ qalanlara kömək etməyə çalışırlar, lakin hər keçən saat onların şaxtalı soyuqda, dağıntılar altında sağ qalmaq şanslarını daha da azaldır. Buna görə də Türkiyənin bəzi bölgələrində əməliyyatlar dayandırıb. Bu gün dünyanın hər bir tərəfindən Türkiyəyə yardımlar göndərilir, müxtəlif ölkələrin xilasediciləri 10 gündən artıqdır ki, axtarış işlərini davam etdirirlər. Yardımlara təkcə ölkələr deyil eləcə də sadə vətəndaşlar da qoşulur. Son günlərdə zərər çəkənlərə yardım üçün Türkiyə vətəndaşlarından mediada ianə müraciəti üçün böyük bir kampaniya başladılmış və TRT-nin məlumatına görə, 115 milyard türk lirəsindən çox, yəni 6 milyard avroya yaxın vəsait toplanılmışdır.