sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 

İnsan alverçilərinin yeni üsulu: Qadınları necə gətirirlər?

31-07-2025, 16:00 50 dəfə baxılıb



Almaniyada dərc olunan yeni hesabatda çinli qadınların qeyri-qanuni yollarla Avropaya gətirilərək fahişəliyə cəlb edildiyi üzə çıxarılıb.

Milli.Az xəbər verir ki, Federal Cinayət İdarəsi (BKA) və Federal Polisin hazırladığı "2024 Qaçaqmalçılıq Cinayətləri Hesabatı"na əsasən, son bir il ərzində xüsusilə çinli qadınların hədəf alındığı yeni bir insan alveri metodu yayılmağa başlayıb.

Cinayətkar qruplar çinli qadınları əsasən Avopa İttifaqı ölkələrindən əldə edilən saxta sənədlərlə Almaniyaya gətirirlər. Bu sənədlər yaşamaq üçün keçərli olsa da, iş icazəsi vermir. Bəziləri isə viza rejimi olmayan Balkan ölkələri kimi bölgələrdən gəlir. Yerli vasitəçilər Almaniyaya keçidi bu ölkələrdən təşkil edirlər.

Almaniyaya çatan qadınlar "müddətli ofislər" adlandırılan və gündəlik fahişəlik xidməti göstərilən evlərə yerləşdirilir. Şəbəkələrlə əlaqə şifrlənmiş mesajlaşma qrupları vasitəsilə qurulur. Qadınların adətən çinli olan "işəgötürənlərlə" guya razılaşma əsasında çalışdıqları təqdim olunur.

Qadınlar sığınacaq və qeyri-qanuni qalma şəraitini təmin edən şəbəkələrin nəzarəti altındadır. Onlar qazandıqları gəlirin 50 faizini bu qruplara verməyə məcbur olurlar. Bundan əlavə, qiymət təyin edilməsi, müştəri tapılması və mühasibat işləri tamamilə bu cinayətkar qrupların əlindədir.

Hesabata görə, 2024-cü ildə Almaniyada bu sahədəki insan alveri halları əvvəlki illə müqayisədə 0,4 faiz artaraq 7 min 954-ə çatıb. Oturum qanunu çərçivəsində xaricilərin qeyri-qanuni gətirilməsi ilə bağlı 7 min 607 şübhəli müəyyən edilib ki, bu da 6,3 faizlik artım deməkdir. Bununla belə, Almaniyaya qeyri-qanuni miqrasiya hallarında azalma müşahidə olunub. Azalmanın əsas səbəbi kimi, Serbiyanın 2023-cü ilin oktyabrından etibarən sərhəd nəzarətini sərtləşdirməsi göstərilir./Qaynarinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO