sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Azərbaycanda qadın 5 nəfəri fahişəliyə cəlb etdi

25-05-2021, 10:48 315 dəfə baxılıb

Azərbaycanda qadın 5 nəfəri fahişəliyə cəlb etdi


Azərbaycanda insan alverində ittiham olunan Nurəsdə Əlimuradovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 3-nə təyin olunub.

İttihama görə, Nurəsdə Əlimuradova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

O, maddi gəlir əldə etmək üçün bir qrup Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb etməklə insan alveri cinayəti törədib.

Onun cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Nurəsdə Əlimuradovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO